29 Noyabr 2021, 17:18

AZAL yükünüzü pulsuz daşıyacaq - YENİ AKSİYA

Bakıdan İstanbul şəhərinə və əks istiqamətə həyata keçirilən uçuşlarda bütün ekonom sinif sərnişinləri bu aksiyadan istifadə edə bilər
AZAL yükünüzü pulsuz daşıyacaq - YENİ AKSİYA

AZAL Dövlət Hava Yolları yeni aksiya elan edib. Bakıdan İstanbul şəhərinə və əks istiqamətə həyata keçirilən uçuşlarda bütün ekonom sinif sərnişinləri əlavə baqaj yerini tamamilə pulsuz əldə edəcəklər.

Aksiya çərçivəsində ekonom sinifində hər biri 23 kq və üç ölçünün cəmi üzrə 157 santimetrə qədər olan 2 ədəd baqajı sərnişin pulsuz apara bilər.

Aksiya 31 dekabr 2021-ci il tarixinədək qüvvədədir və "Azərbaycan Hava Yolları"nın J2-077 və J2-078 reyslərinə şamil edilir.