AZAL Bakıdan Moskvaya (Vnukovo hava limanı) uçuşlar da daxil olmaqla “2+1” kampaniyasının əhatəsini genişləndirdiyini elan edib. Bu kampaniyanın başqa hansı uçuşları əhatə etdiyi barədə burada oxuya bilərsiniz.
Nəzərinizə çatdıraq ki, aksiyanın şərtlərinə əsasən, böyüklər üçün iki aviabilet alarkən - 12 yaşınadək uşaq üçün aviabilet hədiyyə biletinə görə vergi və rüsumların ödənilməsi şərtilə hədiyyə verilir.
Aksiya 15 dekabr 2021-ci il tarixinədək bir istiqamətə və gediş-gəliş aviabiletlərinin alınmasına şamil edilir.
Gediş tarixləri: 1-20 dekabr 2021-ci il və 5 yanvar - 15 mart 2022-ci il.
Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərində əldə etmək olar.