16 Noyabr 2021, 15:24

Rusiyadan ölkəmizə təyyarə reyslərinin sayı artırılır

Rusiyadan ölkəmizə təyyarə reyslərinin sayı artırılır

Rusiya dekabrın 1-dən etibarən Qırğızıstan, Vyetnam, İtaliya, Qazaxıstan və Azərbaycana uçuşların sayı artırır.

"Dekabrın 1-dən etibarən Moskva-Bakı marşrutu üzrə Azərbaycana qarşılıqlı əsasda müntəzəm reyslərin sayının həftədə 14 reysə çatdırılması qərara alınıb. Beynəlxalq uçuşların bərpa olunduğu Rusiya Federasiyasının hava limanlarından isə həftədə 14 reysə çatdırılması qərara alınıb. Bakıya hər marşrut üzrə həftədə iki reys həyata keçiriləcək”, - deyə sənəddə bildirilir.

Məlumata görə, Qırğızıstan, Vyetnam, İtaliya və Qazaxıstan kimi ölkələr üçün istiqamətlərin sayı da genişləndirilib. Xüsusilə, təyyarələr hər marşrut üzrə həftədə iki dəfə Moskvadan Hoşimin və Nha Tranqa uçacaq. Jukovski hava limanından Bişkekə, Rusiyanın beynəlxalq uçuşların bərpa olunduğu bütün məntəqələrindən İssık-Kula (Tamçi) təyyarə ilə uçmaq da mümkün olacaq.

Teqlər: