10 Noyabr 2021, 13:25

Dubaya uçuşlar hər gün olacaq - YENİLİK

Yeni İl və Novruz bayramı günlərində reyslər gündə iki dəfə yerinə yetiriləcək
Dubaya uçuşlar hər gün olacaq - YENİLİK

Dekabrın 1-dən etibarən AZAL hər gün Bakı-Dubay-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirəcək.

Yeni İl və Novruz bayramı günlərində reyslər gündə iki dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, hazırda Dubay marşrutu üzrə uçuşlarda "2+1" adlı xüsusi aksiya keçirilir. İki böyük sərnişin üçün bilet alarkən 12 yaşınadək uşaq üçün bilet hədiyyə olaraq təqdim olunur (hava limanı yığımlarının ödənişi nəzərə alınmaqla).

Aksiya 15 dekabr 2021-ci il tarixinədək alınan biletlər üçün keçərlidir və ekonom sinif biletlərinə şamil edilir.

Gediş tarixləri: 12 dekabr 2021-ci ilə qədər, eləcə də 7 yanvar - 6 mart 2022-ci il tarixinə qədər.

Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür. Aksiyanın şərtlərinə uyğun olmayan biletləri, həmçinin, http://www.azal.az saytından əldə etmək olar.

Teqlər: