AZAL Hava Yolları ailəsi ilə birlikdə səyahətə çıxmağı planlaşdıranlar üçün yeni sərfəli kampaniya elan edib. Belə ki, yeni “2+1” kampaniyası çərçivəsində İstanbul və Dubaya iki böyük üçün aviabilet alarkən AZAL 12 yaşınadək uşağa 1 bilet hədiyyə edəcək.
Bununla belə, xatırladaq ki, hədiyyə bileti üçün vergi rüsumlarını ödəməli olacaqsınız və aksiya yalnız ekonom sinifə aiddir.
Aksiya aşağıdakı reyslərə "gediş-dönüş" biletlərinin alınması zamanı keçərlidir:
⠀
Bakı-Dubay-Bakı - bütün reyslərdə
Bakı-İstanbul-Bakı - J2-077/078 nömrəli reyslər
⠀
Aksiya 15 dekabr 2021-ci il tarixinədək alınan biletlər üçün keçərlidir.
⠀
Gediş tarixləri: 12 dekabr 2021-ci ilə qədər, eləcə də 7 yanvar - 6 mart 2022-ci il tarixinə qədər.
⠀
Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
⠀