5 Noyabr 2021, 18:35

Ciddə şəhərinə AZAL xüsusi reyslər açdı

Ciddə şəhərinə AZAL xüsusi reyslər açdı

“Azərbaycan Hava Yolları” Milli aviadaşıyıcısı Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

Bu uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin http://www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında bu linkdə qeyd edilmişdir. 

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics 

Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur.   QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq. 

COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
 

Teqlər: