5 Noyabr 2021, 14:24

8 və 9 noyabrda AZAL və Buta ilə uçanlara şad xəbər!

AZAL-Miles iştirakçıları ikiqat bal hədiyyə olacaqlar
8 və 9 noyabrda AZAL və Buta ilə uçanlara şad xəbər!

AZAL Dövlət Hava Yolları bə milli loukoster olan “Buta Airways”daimi sərnişinlərinə - AZAL-Miles iştirakçılarına daha bir kampaniya təqdim edir. 

AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən bayram günlərində - Zəfər Günü və Bayraq Günündə (8 və 9 noyabr) yerinə yetiriləcək bütün beynəlxalq reyslərdə sərnişinlər uçuşlara görə ikiqat bal qazanacaqlar.

Həmin günlərə uçuş planlaşdırırsınızsa, lakin bonus proqramımıza hələ də qoşulmamısınızsa, bunu indi bu link  vasitəsilə edə bilərsiniz. 

Aviabilet alarkən "miles" kartınızın nömrəsini daxil etməyi unutmayın. Beləliklə, ballar uçuşunuzdan bir neçə gün sonra avtomatik olaraq kartınıza köçürüləcək.

Teqlər: