4 Noyabr 2021, 13:03

Təyyarənin göyərtəsində yeni trend

Amerika şirkəti təyyarədə fitnes və yoqa proqramı hazırlayıb
Təyyarənin göyərtəsində yeni trend

Təyyarədə fitnes və yoqa ilə məşğul olmaq ideyası səyahətçilər arasında təəccüblə qarşılanıb və internetdə mübahisələrə səbəb olub. Bu barədə The Sun yazır.

Amerika şirkəti uçuş idmanı üçün proqram hazırlayıb. Təlim videolarının təyyarə salonundakı ekranlarda yayımlanması planlaşdırılır. Sərnişinlər 20 dəqiqəlik uzanma və meditasiya seanslarına çıxış əldə edəcəklər.

Yeni fitness trendinə reaksiya isə birmənalı olmayıb. “Bu fikri qətiyyən bəyənmirəm”, “Bu, çox axmaqdır”, “Pəncərə ilə fitneslə məşğul olmaq qərarına gələn axmaqlar arasında sıxılmağa səbirsizlənirəm”, “Ümid edirəm belə uzanma nəticəsində başınıza dirsək zərbəsi almayacaqsız"

Digər istifadəçilər şirkətin ideyasını yüksək qiymətləndiriblər və ideyanı faydalı hesab ediblər. “Bu gözəldir”, “Nəhayət kimsə bunu düşündü!”, “Bu, çox gözəldir”, - deyə ismarıclar da yazılıb.

Teqlər: