Dövlət Turizm Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində turizm infrastrukturunun yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalına əsasən, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC-dir.
Qalib şirkətə 6 628,1 min manat ödəniləcək.