Avropa hava limanlarında xidmət göstərilən sərnişinlərin sayı 2025-ci ildə koronavirus pandemiyasından əvvəlki vəziyyətə, yəni iki milyarddan artıq sərnişin sayına çata biləcəkdir.
Bu barədə Beynəlxalq Aeroportlar Şurasının (ACI) Avropa təşkilatı məlumat verib. Bildirilib ki, 2022-ci ildə sərnişinlərin sayı 2019-cu il səviyyəsinin üçdə birinə bərabər olacaq.
Qeyd edilib ki, bu ilin üç rübü ərzində Avropada hava nəqliyyatında sərnişinlərin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz aşağı olub. Aİ ölkələrində, eləcə də Böyük Britaniya Norveç, İslandiya və İsveçrədə sərnişin sayında artım zəif gedir. Aİ-yə üzv olmayan Avropa ölkələrində isə 2019-cu illə müqayisədə rəqəmlər daha yaxşıdır, geriləmə 34 faizə bərabərdir. ACI baş direktoru Olivier Yankoveç bildirib ki, virusun yayılma tempi və vaksinasiyanın sürəti gedişata ciddi təsir edəcəkdir.
ACI-nin Avropa təşkilatı 55 ölkənin 500-dən artıq hava limanını öz sıralarında birləşdirir. Təşkilatın məlumatına görə, bu, Avropada kommersiya məqsədli uçuşların 90 faizi deməkdir.