18 Oktyabr 2021, 17:28

Nəhəng təyyarədə qısa uçuş

Qiymət 90 dollardan başlayır
Nəhəng təyyarədə qısa uçuş

Singapore Airlines nəhəng Airbus 380 təyyarəsi ilə bu təyyarənin ən qısa uçuşunu icra edəcək. Belə ki, 1 saatdan da az olan bu uçuş noyabr ayının 4-dən etibarən, Sinqapurdan Kuala Lumpura uçuş nömrəsi SQ106 olan səfər gerçəkləşəcək.

Daha öncə bu reys Airbus 350 və Boeing 737 təyyarələri ilə həyata keçirilirdi. Dünyanın ən böyük təyyarəsində 40-45 dəqiqəlik uçuş isə 90 dollardan başlayır.

Qeyd edək ki, Singapore Airlines-ın 17 ədəd Airbus A380-800 hava gəmisi olsa da, onlar hazırda park rejimindədirlər, yəni uçmurlar. Aviaşirkətin sahib olduğu Airbus A380-800 təyyarələrinin sərnişin tutumu konfiqurasiyadan asılı olaraq 441-dən 471-ə kimi dəyişir.

Teqlər: