AZAL Barselonaya reysləri bərpa edir

AZAL Barselonaya reysləri bərpa edir

"Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.

Bu barədə QSC-nin fesybukdakı rəsmi hesabında məlumat verilir. ⠀

“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az  saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.