Son 30 ilin ən dəhşətli təyyarə qəzası! Ən azı 68 nəfər ölüb

Son 30 ilin ən dəhşətli təyyarə qəzası! Ən azı 68 nəfər ölüb

Paytaxt Katmandudan Nepalın Poxara şəhərinə 68 sərnişin və 4 nəfərlik heyətlə havaya qalxan Yeti Hava Yollarına məxsus ATR 72 tipli sərnişin təyyarəsi ölkənin mərkəzi Pokhara bölgəsində Seti çayı vadisi yaxınlığında qəzaya uğrayıb.

Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə Himalay dağlarının ətəyindəki sıldırım bölgədə təyyarədən yanğın və tüstü çıxdığı görülür. Baş nazir Puşpa Kamal Dahal təhlükəsizlik qüvvələri və ictimaiyyətdən xilasetmə işlərinə dəstək vermələrini istəyib. Polis rəsmisi açıqlamasında 31 cəsədin xəstəxanaya göndərildiyini və hələ də 33 cəsədin çıxarıldığını, xilasedicilərin isə turizm şəhərciyinin hava limanı yaxınlığındakı iki təpənin arasındakı keçiddə yerləşən əraziyə çatmaqda çətinlik çəkdiyini bildirib.


Baş verən fəlakətli qəza ilə bağlı Nepal Mülki Aviasiya Təşkilatından verilən yazılı açıqlamada təyyarədəki əcnəbi vətəndaşların 5-i Hindistan, 4-ü Rusiya və 2-si Cənubi Koreya vətəndaşı ilə yanaşı, İrlandiya, Avstraliya, Argentina və Fransa vətəndaşlarının da olduğu paylaşılıb. Həmçinin sərnişinlər arasında 2 körpə də var.


Everest də daxil olmaqla, dünyanın 14 ən yüksək dağından səkkizinin yerləşdiyi və qəfil hava dəyişikliklərinin təhlükəli vəziyyətlərə səbəb ola biləcəyi Nepalda 2000-ci ildən bəri təyyarə və ya helikopter qəzalarında ən azı 309 nəfər həlak olub. Avropa İttifaqı 2013-cü ildən Nepal hava yollarına təhlükəsizliklə bağlı narahatlığı əsas gətirərək hava məkanına girişi qadağan edib.