Qarlı hava şəraiti Bakı hava limanının fəaliyyətə təsir erməyib

Qarlı hava şəraiti Bakı hava limanının fəaliyyətə təsir erməyib

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

Hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.