Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı əlverişsiz hava şəraiti səbəbindən bir neçə reysi qəbul edə bilməyib.
Bu barədə “TAV Georgia” şirkəti məlumat yayıb.
Bildirilir ki, qatı duman səbəbindən aeroport bir neçə reysi qəbul edə bilmir.
“Flyu Dubai” şirkətinin iki təyyarəsi Bakıda eniş edib. Daşkənd-Tbilisi reysi isə Soçi aeroportuna eniş edib.
Digər reyslər barədə məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 27-də gecə saatlarından Tbilisidə qatı duman müşahidə olunur.
Bu cür hava şəraiti şəhərdaxili və beynəlxalq avtomagistrallarda da problemlər yaradıb. Avtomobillərin hərəkət sürəti məhdudlaşdırılıb.