Bölgələrdə turizmin inkişafı müşahidə olunur. Regionlarda yeni otellər açılıb və qonaq evlərinin sayı artıb. Pandemiya dövründən sonra, daha çox yerli turistlərin bölgələrə axını müşahidə olunur, bu da quru sərhədlərin bağlı olması ilə əlaqədardır.
Bu sözləri Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, yerli turistlərin bölgələrdə istirahət etməsi regionlarda biznesin inkişafına təkan verir. Lakin keyfiyyət baxımından daha çox işlərin görülməsinə ehtiyac var.
azərtac