Azərbaycandan İsrailə həftədə 8 birbaşa uçuş həyata keçiriləcək

Azərbaycandan İsrailə həftədə 8 birbaşa uçuş həyata keçiriləcək

“AZAL vasitəsilə İsrailə hər həftə təxminən 8 birbaşa uçuş həyata keçirəcəyik. Bu günlərdə bu məsələ müzakirə olunur. Eyni zamanda, İsraildən “İsrair” tərəfindən təxminən 3 uçuşumuz olacaq. Deməli, söhbət həftədə 10-dan çox uçuşdan gedir. Bu, böyük rəqəmdir və hər iki tərəfdən turizm potensialının səviyyəsini əks etdirir”.

Bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.

Onun sözlərinə görə, İsraildə səfirliyin açılması yalnız başlanğıc olacaq. "Biz buradakı səfirliyimiz, Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycanın ticarət ofisi vasitəsilə birlikdə işləyəcəyik”, – deyə səfir vurğulayıb.