Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi artıq Gəncəyə uçub.
Bu barədə Hava limanından “Report”a bildirilib. Məlumata görə, Bakı vaxtı ilə 12:42-də təyyarə sərnişinlərlə birgə Gəncəyə yola düşüb.
Xatırladaq ki, Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. "Boeing 737" markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.