Paris aeroportlarında uçuşların bir hissəsi ləğv olundu

Paris aeroportlarında uçuşların bir hissəsi ləğv olundu

Paris regionunda (İl-de-Frans) güclü qar səbəbindən “Orli” və “Ruassi” hava limanlarında xeyli aviareys yerinə yetirilməyib.

BFMTV telekanalı xəbər verir ki, "Ruassi" aeroportunda uçuşların 20 faizi, "Orli"də isə 25 faizi ləğv edilib. Fransa Mülki Aviasiya İdarəsindən bildiriblər ki, “İl-de-Fransa qar yağacağı gözlənildiyi üçün çərşənbə günü Paris hava limanlarında hava hərəkəti ciddi şəkildə pozulacaq”.

Bundan əlavə, İl-de-Frans regionunun hakimiyyət orqanları sakinlərdən xahiş edib ki, çərşənbə günü hərəkətlərini mümkün qədər məhdudlaşdırsınlar və əlverişsiz hava şəraitini nəzərə alaraq evdən işləsinlər.