“RİA Novosti” yazır ki, ötən gecə paytaxta yağan güclü qar səbəbindən Moskva hava qovşağının hava limanlarında 51 reys gecikib, altı reys təxirə salınıb.
Söhbət Moskvanın üç - Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarından gedir.
Yandex-in məlumatına görə, bu gün saat 08:30-da Vnukovoda beş reys gecikdi, dörd reys ləğv edildi. “Domodedovo”da 35, “Şeremetyevo”da 11 reys gecikib, iki reys təxirə salınıb.