İlk həftədə Qətərə 7 mindən çox aviareys gəldi

İlk həftədə Qətərə 7 mindən çox aviareys gəldi

Qətər Dövlətinin Mülki Aviasiya Baş İdarəsi FIFA Dünya Kubokunun ilk həftəsində 7 mindən çox uçuşun qeydə alındığını açıqlayıb.

QNA agentliyi xəbər verir ki, turnirin başlanmasından bəri Həmad və Doha beynəlxalq hava limanlarında aviareyslərin sayında böyük artım olub. Bir çox Körfəz ölkələrinin aviaşirkətləri və bütün dünyadan qəbul edilən təyyarələrlə yanaşı, Qətərin daxilində də turizm məqsədli aviareyslər açılıb. Almaniyanın “Lufthansa”, habelə Cənubi Amerika və Afrikadan olan aviaşirkətlərlə bərabər, Qətərin böyük “Qatar Airways” kompaniyası da əlavə uçuşlar həyata keçirib.

“Qətər Dövləti bütün aviareyslərin təhlükəsizliyinin təmin edilməsi və uçuşların dəqiq qrafik üzrə həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görüb”, - Baş idarənin məlumatında qeyd olunub.