Dünya əhalisinin 80%-inin 8 saatdan tez çatdığı hava limanı

Dünya əhalisinin 80%-inin 8 saatdan tez çatdığı hava limanı

2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı Qırmızı dəniz beynəlxalq hava limanını açmağı planlaşdırır.

Liman Təbuk bölgəsində yerləşəcək. Və bu, Qırmızı dənizdə turizmi inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanının böyük layihəsinin bir hissəsidir. Həmçinin eyni layihə çərçivəsində 50-yə yaxın otel, marina və s var.

Hava limanının görkəmi səhranın təpələrindən ilhamlanıb. İçəridə binanın daxilində mikroiqlimi təmin etmək funksiyasına malik olan əsl vahənin yerləşdirilməsi planlaşdırılır. Bu hava limanının başqa bir üstünlüyü onun yerləşməsidir. O, elə yerləşib ki, dünya əhalisinin 80%-i ona 8 saatdan az müddətdə çata bilsin.