Fələstində Azərbaycanın nümayəndəliyi yaradılır. Azərbaycanın nümayəndəliyi Ramallah şəhərində açılacaq.
Azərtac xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib və təsdiq edilib. Parlament Azərbaycanın İsraildə səfirliyinin yaradılmasını da təsdiqləyib.
Səfirlik Təl-Əviv şəhərində açılacaq. Bundan əlavə, Milli Məclis Azərbaycanın Albaniyada, Tirana şəhərində və Keniyada, Nayrobi şəhərində səfirliklərinin açılmasını təsdiqləyib.