Alman aviaşirkəti Lufthansa-nın loukoster qolu olan Eurowings-in pilotları maksimum uçuş saatlarının azaldılmasını tələb etmək üçün üç günlük tətilə başlayıblar.
Associated Press yazır ki, daşıyıcının bazar ertəsi, oktyabrın 17-nə planlaşdırılan 400 uçuşundan 230-nun reallaşacağı gözlənilir.Yalnız Düsseldorf hava limanında bazar ertəsi günü aviaşirkətin 171 reysindən 102-si ləğv edilməli olub.
Avstriyanın törəmə şirkətləri Eurowings Europe və Eurowings Discover normal rejimdə fəaliyyət göstərəcək.