Məşhur "Apple" qadceti uçuşlarda qadağan edilib?

Məşhur

Almaniyanın Lufthansa aviaşirkəti baqajın yerini izləməyə imkan verən məşhur Apple qadceti olan AirTag-a qadağa qoyduğunu inkar edir.

Airways Magazine-in məlumatına görə, şirkət iddia edir ki, Lufthansa-nın rəsmi hesabından “təhlükəli yük” haqqında yazılan tvitlər cihaza qadağa qoyulmasını nəzərdə tutmur.

"Lufthansa öz uçuşlarında AirTag-lərdən istifadəni qadağan etməyib. Bu cür cihazlarla bağlı hazırda ICAO-nun tənzimləməsi var, lakin bunun Lufthansa və ya hər hansı digər daşıyıcı ilə heç bir əlaqəsi yoxdur", - aviaşirkətin sözçüsü bildirib.

ICAO qaydalarına əsasən, baqajda olan elektron cihazlara dair tələblər yalnız smartfon və planşet kimi litium-ion batareyaları olan cihazlara şamil edilir. AirTag, saat kimi kiçik CR2032 batareyasından istifadə edir.