“airBaltic” 2023-cü ilin mart ayının sonunda Riqadan Bakıya yeni reys açdığını elan edib.
“AirBaltic tarixində ən çox sayda yeni marşrutu elan etməkdən çox məmnunuq! 2023-cü ilin mart ayının sonunda biz Baltikyanı ölkələrdən 18 yeni marşrut açmağı planlaşdırırıq”, - şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, Riqa-Bakı da daxil olmaqla qarşıdan gələn yeni reyslərə biletləri artıq www.airBaltic.com saytından bron etmək olar.