"Buta Airways" pis hava şəraitinə görə Gürcüstanda ehtiyat hava limanına düşdü

"Buta Airways" aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

Buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

"Embraer 190" təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.