Rusiya-Çin birgə CR929 təyyarəsinin layihələndirilməsinə başlanılıb

Rusiya-Çin birgə CR929 təyyarəsinin layihələndirilməsinə başlanılıb

Rusiya-Çin birgə layihəsi olan CR929 təyyarəsinin istehsalı ilə bağlı ilkin işlər açıqlanıb. Bu barədə Shanghai Oriental Press yazır.

"Hazırda təyyarənin ümumi texniki planı müəyyən edilib, gövdə və quyruq hissələrinin tədarükçüləri seçilib və biz rəsmi olaraq ilkin dizayna keçdik", - Vu Quanqhui bildirib.

Onun sözlərinə görə, CR929-un dizaynında kompozit materialların nisbəti təxminən 51% təşkil edəcək ki, bu da tipik uçuş seqmentlərində təyyarəni digər istehsalçıların rəqib modelləri ilə müqayisədə 10%-dən çox qənaətcil edəcək.

CR929 laynerinin yaradılması üzrə işlər 2016-cı ilin yayında Rusiya və Çin hökumətləri arasında geniş gövdəli uzaqmənzilli təyyarə proqramının birgə həyata keçirilməsinə dair sazişin imzalanması ilə başlayıb.