20 Sentyabr 2022, 12:46

Özbəkistan turistlər üçün tax-free tətbiq edir

Özbəkistan turistlər üçün tax-free tətbiq edir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev müvafiq idarələrə 2023-cü il yanvarın 1-dən xarici turistlər üçün “tax free” sisteminin tətbiqi barədə göstəriş verib.

TASS-ın məlumatına görə, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov məlumat verib. "Duty free və tax free sistemlərinin tətbiqi ilə bağlı qərarın imzalanmasından üç il keçməsinə baxmayaraq, gecikmələrə yol verilir. Bu sistemlər 2023-cü il yanvarın 1-dən tam fəaliyyət göstərməlidir", - çıxışda deyilir.