19 Sentyabr 2022, 17:03

AZAL Səmərqənd şəhərinə reyslər açır. Daşkəndə uçuşların sayını isə artırdı

Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkdir.
AZAL Səmərqənd şəhərinə reyslər açır. Daşkəndə uçuşların sayını isə artırdı

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən ŞƏT sammitındə iştirakı çərçivəsində yenidən nümayiş etdirilmişdir.

Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.

Belə ki, oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır. Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.

Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkdir.

Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. “AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcəkdir.

Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz.​