Təcili eniş etdikdən sonra təyyarənin pilotu ölüb

Təcili eniş etdikdən sonra təyyarənin pilotu ölüb

Novokuznetsk - Sankt-Peterburq marşrutu ilə uçan təyyarənin göyərtəsində "İkar" aviaşirkətinin rusiyalı pilotu ölüb. Bu barədə “İzvestiya” məlumat yayıb.

Hadisə bazar günü, sentyabrın 18-də baş verib. Uçuş zamanı təyyarə komandirinin səhhəti kəskin şəkildə pisləşib. Laynerin idarə edilməsi Omsk hava limanında təcili eniş edən təyyarənin ikinci pilotuna verilib.

Enişdən sonra həkimlər təyyarəyə göndərilib, lakin o vaxta qədər təyyarə komandiri artıq dünyasını dəyişib.