Moskvadan Gəncəyə daha bir reys açılır - BİLETİN QİYMƏTİ

Moskvadan Gəncəyə daha bir reys açılır - BİLETİN QİYMƏTİ

Sentyabrın 26-dan etibarən Moskvadan Gəncəyə daha bir aviareys açılacaq. Çarter şərtləri ilə açılan reyslər AZAL-ın Airbus 320 təyyarələri ilə ediləcək. Uçuşlar həftədə iki dəfə, bazar ertəsi və çərşənbə günləri Moskvanın Jukovski (ZIA) aeroportundan həyata keçiriləcək.

  • Moskva-Gəncə J2-5181 yerli vaxtla saat 10:30-da Moskvadan qalxacaq, 14:40-da Gəncəyə enəcək.
  • Gəncə-Moskva J2-5182 yerli vaxtla saat 16:10-da Gəncədən qalxacaq, 18:25-də Moskvaya enəcək.
  • Aviabiletin qiyməti bir tərəfə 10350 rubldan başlayır. Qiymətə 20 kq baqaj da daxildir.

Bloger Azər İsmayılın sözlərin görə, bu reys çarterdir və daşınmanın hüququ və şərtləri EK Alyans şirkəti tərəfindən təyin olunur. Biletləri onlayn ec-alliance.aero saytından və ya aviakassalardan almaq mümkündür.

Beləliklə, hazırda Gəncədən Moskvaya Utair, Azimuth, İraero və AZAL ilə uçmaq olar.