Azərbaycan və Türkiyə prezidentləri oktyabrın 20-də Zəngilanda hava limanının açılışını edəcəklər

Azərbaycan və Türkiyə prezidentləri oktyabrın 20-də Zəngilanda hava limanının açılışını edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində oktyabrın 20-də prezident İlham Əliyevlə birlikdə Azərbaycanın erməni işğalından azad edilmiş ərazisində Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirib. Bu barədə minval.az yazıb.

“İlham Əliyev bizdən səfərin tarixini dəqiqləşdirməyi xahiş etdi. Zəngilanda hava limanı açılandan sonra Cəbrayıla yollanacağıq, burada təntənəli mərasim keçiriləcək. Müvafiq razılıq əldə olunub. Azərbaycanda keçiriləcək tədbirlərdə digər liderlərin də iştirakını istisna etmirəm. Qərar Bakınındır”, - Türkiyə prezidenti bildirib.