Kraliçanın dəfn mərasimi günü Hitrou hava limanı fəaliyyətini dayandıracaq

Kraliçanın dəfn mərasimi günü Hitrou hava limanı fəaliyyətini dayandıracaq

Böyük Britaniya kraliçası II Yelizavetanın dəfn mərasimi günü London Hitrou hava limanı fəaliyyətini dayandıracaq. Cümə axşamı Hitrou administrasiyasının yaydığı məlumata görə, hava limanı Kraliçanın xatirəsinə iki dəqiqəlik sükut elan edilməsindən 15 dəqiqə əvvəl uçuşları qəbul etməyi və təyyarələrin qalxmasını dayandıracaq və yerli vaxtla saat 12:10-da fəaliyyətini bərpa edəcək. 

Bundan əlavə, gələn təyyarələr Hitrouda saat 13:45-dən 14:20-dək yerə enə bilməyəcək və dəfn mərasimi Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsinə aparılacaq dövrdə, yerli vaxtla saat 15:05-dən 16:45-dək havaya qalxa bilməyəcək.