"Rossiya" Soçidən Bakıya birbaşa reys açır

"Rossiya” aviaşirkəti oktyabrın 31-dən etibarən Aeroflot Qrupunun cənub nəqliyyat qovşağından Azərbaycanın paytaxtı Bakıya birbaşa uçuşlara başlayır. Uçuşlar gündəlik olaraq həyata keçiriləcək. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Rossiya” Soçi-Bakı hava marşrutu üzrə ikisinifli konfiqurasiyada təqdim olunan Rusiya istehsalı olan “Superjet 100” təyyarəsini idarə edəcək. Təyyarədə ümumi oturacaqların sayı 87-dir, onlardan 12-si biznes, 75-i isə ekonom klasa aiddir.

Cədvələ əsasən, SU/FV 6777 reysi Soçidən şənbə günləri saat 1:40-da, bazar ertəsi, çərşənbə, cümə və bazar günləri saat 2:00-da, cümə axşamı saat 2:30-da, çərşənbə axşamı saat 2:55-də uçur. Bakıya çatma müvafiq olaraq 4:35, 5:00, 5:25 və 5:50. Bakıdan SU/FV 6778 saylı geri dönüş reysinin uçuşu bazar ertəsi, çərşənbə, cümə və bazar günləri - 6:00, şənbə - 6:55, cümə axşamı - 7:30, çərşənbə axşamı - 8:20. Soçiyə çatma müvafiq olaraq 7:10, 8:05, 8:40 və 9:30. Hər iki hava limanı üçün yerli vaxt göstərilib.