Ermənistanın “Armenia Airways” aviaşirkəti sentyabrın 7-dən oktyabrın 29-dək Yerevan və Moskva arasında bütün reyslərini ləğv edib. Bu qərarın səbəbləri barədə məlumat verilmir.
Uçuş proqramının oktyabrın 29-dan sonra bərpa olunacağı da məlum deyil. Xatırladaq ki, aviaşirkət bu ilin mart ayından Vnukovoya uçuşlar həyata keçirir.
Ermənistanın daha bir aviaşirkəti Aircompany Ermənistan Vnukovoya gündə iki dəfəyə qədər uçuşlar həyata keçirməyə davam edir.