Əlvan-əlvan güllərim - təyyarədə çiçəklə uçmaq olar?

Əlvan-əlvan güllərim - təyyarədə çiçəklə uçmaq olar?

Gözəl bir buket alınıb, onu evə gətirmək qalır. Sən demə, güllərin təyyarə ilə daşınmasının bir çox məhdudiyyətləri və incəlikləri var.

Birincisi, canlı bitkilərin təyyarədə daşınmasına hər zaman icazə verilmir - hər şey hara getdiyinizdən asılıdır. Avropa problem deyil, lakin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə tez xarab olan malların idxalı üçün çox sərt qaydalar var. Səbəb güllərin və digər bitkilərin xəstəlikləri, üzərində mikroskopik gənələrin yaşaması və s. Bu ölkələrə təzə kəsilmiş güllərin gətirilməsindən söhbət belə gedə bilməz, gömrük gələn kimi onları müsadirə edib məhv edəcək.

Amsterdam Schiphol hava limanında xüsusi tibbi arayışı olan buketlər satılır - onları özünüzlə bu ölkələrə apara bilərsiniz.

Ölkəmizə gəlincə, Azərbaycanda bununla bağlı ciddi tənzimləyici qaydalar yoxdur.

Daşınma zamanı çiçəkləri necə gözəl saxlamaq olar?

İlk məsləhət: susuzlaşdırmanın qarşısını alın.

Yolda az bir zaman olacaqsızsa, bu elə bir problem deyil. Amma səfər uzun olarsa, çiçəkləri nəm saxlamaq lazımdır. Çiçək gövdəsinin altına nəm kraft kağızı sarın və plastik torbanı boş elastik bantla bağlayın.

Bir buket çiçəklə gəzirsinizsə, onu möhkəm tutun, buketi tərsinə çevirin, mümkün qədər az günəş işığı alsınlar. Çöldə küləklidirsə, çiçəkləri bədəninizlə örtməyə çalışın. Beləliklə, siz onların gözəlliyini uzadırsınız.

Çiçəkləri avtomobildə daşımaq lazımdırsa, ilk növbədə kondisionerdən gələn hava axınının buketə yönəlməməsinə diqqət yetirin. Çiçəklər yel çəkən yerdə olduqda, tez quruyurlar. Çiçəkləri daşımaq üçün ən yaxşı yer baqaj bölməsidir. Burada kondisioner və ya ventilyasiya yoxdur. Digər uyğun yer isə ön sərnişinin ayağındakı döşəkdir. Hava axınının onlara doğru yönəlməməsinə əmin olun. Ümumiyyətlə, əsas odur ki, çiçəklər günəş işığında və yel çəkən yerdə olmasın.