Yunanıstan və Türkiyə - aviadaşıma üzrə yay rekordçularıdır

Yunanıstan və Türkiyə - aviadaşıma üzrə yay rekordçularıdır

Aviabilet satışı ilə bağlı ən əhatəli və müasir məlumat bazasına malik ForwardKeys xidməti beynəlxalq turistlərin pandemiyadan əvvəlki səviyyəsini aşan iki ən böyük istiqamətin adını açıqlayıb. Bunlar müvafiq olaraq plus 9 və plus 2 faiz nəticə ilə Türkiyə və Yunanıstandır.

Albaniyaya aviadaşımalar  28% artdı, baxmayaraq ki, mütləq şəkildə bu, Avropa turist axınının 1% -dən azdır. Digər əsas istiqamətlərin heç biri 2019-cu il səviyyəsinə qayıtmadı. Sloveniya cəmi 7%, İslandiya 8%, Portuqaliya isə 10% itirdi.

Şəhər istiqamətlərindən İstanbul yaxşı nəticə göstərərək, xarici turistlərin sayı 2% artıb. Ondan sonra 7% azalma ilə Afina, 8% Reykyavik və Porto və 13% Malaga şəhərləri gəlir.

Türkiyənin güclü performansının arxasında duran əsas amillər türk lirəsinin dəyərində davam edən eniş və Avropanın əksər hissəsinə birbaşa uçuşların qadağan olunduğu kurortların Rusiya bazarına açıq olmasıdır. 2019-cu ilin yayında Şengen ölkələrinə gələnlərin 4%-ni ruslar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm kəskin şəkildə azalıb.