Rusiyanın “UTair” aviaşirkəti payız-qış mövsümü ərəfəsində bəzi reyslərin sayını artırıb. Aviaşirkət Samara və Sankt-Peterburqdan Bakıya uçuşların həcmini də çoxaltmaq qərarına gəlib.
▪️ Samara - Bakı: cümə axşamı, cümə və bazar günləri.
▪️ Peterburq - Bakı: bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri.
“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər təqdim edirik. İndi şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. Utair-in cədvəlinə Gəncə və Naxçıvana uçuşlar da daxildir”, - deyə “Utair” Sərnişin Hava Yollarının prezidenti Oleq Semyonov bildirib.