Türk Hava Yolları bu istiqamətə reyslərin ləğvi müddətini uzatdı

Türk Hava Yolları bu istiqamətə reyslərin ləğvi müddətini uzatdı

Türk Hava Yolları (THY) Yekaterinburq, Minsk, Soçi, Ukrayna və Rostov şəhərlərinə uçuşların dayandırılması qərarını oktyabrın 31-dək uzaddığını açıqlayıb.

THY-nin sosial media hesablarından edilən şərhdə, “31 oktyabr 2022-ci il tarixinə qədər Yekaterinburq, Minsk, Ukraynanın Soçi, Rostov şəhərlərinə/uçuşlarımız ləğv edildi. Dəyişmə və geri qaytarma əməliyyatlarınızı agentliyinizdən, internet saytımızdan və ya 0 850 333 0 849 nömrəli zəng mərkəzimizdən tamamlaya bilərsiniz", -deyə məlumatda bildirilir.