Lufthansa bugün 800 uçuşunu ləğv etdi!

Lufthansa bugün 800 uçuşunu ləğv etdi!

Alman hava yolu şirkəti Lufthansa tərəfindən edilən açıqlamada pilotların işdən çıxması səbəbilə bu gün ediləcək 800 uçuşun ləğv edildiyi açıqlanıb. Qərar 130 min sərnişinə təsir edəcək.

Reuters xəbər verir ki, çərşənbə günü pilotları təmsil edən Vereinigung Cockpit (VC) həmkarlar ittifaqı çərşənbə günü verdiyi açıqlamada, maaş artımı ilə bağlı razılıq əldə olunmadıqdan sonra pilotların bir günlük işini dayandıracağını bildirib. Həmkarlar ittifaqı 5000 üzvünün illik maaşının 5,5 faiz artırılmasını tələb edir.

Lufthansa-nın sözçüsü deyib: “Biz mümkün qədər tez danışıqlara qayıtmağa ümid edirik. Amma biz həmkarlar ittifaqının tələb etdiyi maaşı ödəyə bilmirik”.

Bundan əvvəl Lufthansa təhlükəsizlik işçiləri və yerüstü personalın əmək haqqının artırılması ilə bağlı razılığa gələ bilmədi və iş dayandırıldı. Lufthansa-nın insan resurslarına cavabdeh olan direktorlar şurasının üzvü Michael Niggemann, pilotların bu tələbinin "ağılagəlməz" olduğunu söylədi və aviaşirkətin "olduqca yaxşı və ədalətli" təklifini müdafiə etdi. Şirkət 18 ay ərzində iki mərhələdə əks olunan 900 avro məbləğində aylıq artım təklif etmişdi.