İstanbul reyslərində AZAL-dan yeni səmərəli tarif

İstanbul reyslərində AZAL-dan yeni səmərəli tarif

Pilot layihə çərçivəsində AZAL Hava Yolları Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə internet saytında aviabiletin onlayn bron edilməsi üçün yeni, daha sərfəli “Economy Lite” tarifini tətbiq edib. Buraya yalnız əl baqajı (çəkisi 10 kq-a qədər və ölçüləri 55x40x23 sm-ə qədər) daxildir ki, bu da qısamüddətli ezamiyyətə gedənlər üçün çox əlverişlidir.

Əlavə baqaj tələb olunarsa, onu onlayn olaraq "Rezervasiyanı idarə et" bölməsində, 24 saat fəaliyyət göstərən AZAL zəng mərkəzinə müraciət etməklə və ya birbaşa hava limanında qeydiyyat masasında əldə etmək olar.