Türkiyədə aviaşirkətlər daxili uçuşlarda qiyməti qaldırıblar

Türkiyədə aviaşirkətlər daxili uçuşlarda qiyməti qaldırıblar

Bu il iyunun sonunda 990 lirə olaraq təyin olunan Türkiyənin daxili xətlərdə bilet qiymətləri durmadan artır. Türk Hava Yollarından (THY) bilet almaq istəyənlər müəyyən edilmiş tavanın çox üstündə qiymətlərlə üzləşirlər.

Türk mediası yazır ki, təxminən altı ay əvvəl 599 TL-dən 699 TL-yə qaldırılan daxili iç hava yolu bilet qiymətləri iyun ayında 990 TL-yə qaldırıldı, lakin bu gün bilet almaq istəyən vətəndaşlar bu həddin çox üzərində rəqəmlərlə qarşılaşırlar.

THY-nin internet saytındakı qiymətlərə görə, yeni həd 1150 TL olaraq təyin edilib, bu rəqəm tranzit uçuşlar üçün daha da yüksələ bilər.