“Utair” şirkəti Sankt-Peterburqdan Bakıya uçuşların sayını artıracaq

“Utair” şirkəti Sankt-Peterburqdan Bakıya uçuşların sayını artıracaq

Sentyabrın 7-dən “Utair” Sankt-Peterburqdan Bakıya uçuşların sayını artıracaq, “Air Gates of Northern Capital” MMC-nin (VVSS, Sankt-Peterburq Pulkovo hava limanının operatoru) mətbuat xidmətindən bildiriblər.

“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, “Utair” Pulkovo hava limanından Bakıya (Azərbaycan) uçuşların sayını həftədə üçdən dördə çatdıracaq.

Sentyabrın 7-dən daşıyıcı əlavə tezlik edəcək: indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetirəcək. Cədvələ əsasən, Pulkovo hava limanından Bakıya uçuş saat 10:15-də, Sankt-Peterburqa dönüş reysinin enişi saat 19:45-dədir.

“Utair”in Sankt-Peterburqdan Bakıya uçuşları bu il iyulun 5-dən başlayıb. Yayın əvvəlindən Bakı Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlər onluğuna daxildir. Həmçinin Pulkovo hava limanından Azərbaycanın paytaxtına uçuşlar “İrAero” və AZAL aviaşirkətləri tərəfindən həyata keçirilir.