Azərbaycandan xaricə səyahət edənlərin 50%-ə yaxını Türkiyəyə gedir. Ona görə də Türkiyədən qayıdanda nə hədiyyə alım sualı həmişə aktualdır. Turistlər adətən istirahətdən həzz alırlar, iş adamları işlərini həll edirlər, hədiyyə seçimini isə sonuncu günə saxlayırlar. Sonra da şəhəri başdan-başa gəzərək 20 nəfərlik hədiyyə seçməyə çalışırlar. Nəticədə, qohumlara kiçik maqnitlər alınır. Pul xərclənib, ortada isə gözəgəlimli hədiyyə yoxdur.
Belə vəziyyətlərdə orijinallıq nümayiş etdirmək, maraqlı və lazımi hədiyyə tapmağı təklif edirik.
Xanımlar üçün
Əgər qadın qəhvə içməyi və yemək hazırlamağı sevirsə, o zaman ona hədiyyə seçmək çox asandır. Paslanmayan materialdan olan qəhvə dəstlərini alın (onlar çox davamlıdır). Türkiyədə ənənəvi naxışlarla olan ucuz keramika malları isə Kütahya və İznikdə satılır.
Kosmetik vasitələr də keyfiyyətlidir. Türkiyə kosmetik məhsullarını müxtəlif təbii maddələr əsasında istehsal edir. Məsələn, zeytun yağı, arqan yağı, qızılgül yağı əsas götürülür. Üstəlik, bədənə qulluq etməyə kömək edən bu vəsaitləri bahalı adlandırmaq olmaz, onlar kifayət qədər münasib qiymətə satılır.
Xanım biş-düşü sevəndirsə, ətirli ədviyyatlar hər yerdə satılır, çünki türklər onları böyük plantasiyalarda yetişdirirlər. Türklər hətta ədviyyatlardan hədiyyə səbətləri, o cümlədən pulsuz bibər dəyirmanı da düzəldirdilər. Dəstin qiyməti təxminən 10 dollar olacaq.
Qohum və qonşu qızları üçün
Dəsmallar, hamam ləvazimatları və təbii sabun! Bahalı olmayan bu hədiyyələr onların çox xoşuna gələcək.
Türkiyədə istehsal edilən sabunlar həqiqətən də dəriyə yaxşı təsir edir. Keyfiyyətli su ilə birləşəndə o, canlandırır və gümrahlaşdırır. Yaxşı olardı ki, seçiminizi boyasız sabunlarda dayandırasınız. Təbiilikdən daha yaxşı nə ola bilər? Sabun parçalarının qiyməti 7 lirədən başlayır, hər yerdə tapmaq mümkündür.
Hədiyyə qismində türk örtükləri də aktualdır. Onlardan hər yerdə - çimərlikdə, interyerdə istifadə etmək olar. İstanbulun Taksim rayonunda Qalata qülləsinin yanında 30-50 lirəyə əldə edə bilərsiniz. Boyunbağı, qolbaq, türk təsvirləri olan boşqablar, parça pulqabı və çantalar, boyunbağı, sırğa, xüsusən də bilərzik ala bilərsiniz.
Kişilər üçün
Əgər kişi yumoru sevirsə, o zaman türk papağı – qırmızı məxmərdən olan fəs və qızılı saplarla işlənmiş jilet onun xoşuna gələcək. Bir də şərqsayağı uzunburun dəri çarıqlar da hədiyyə edə bilərsiniz.
Əgər yox, yumoru sevmirsə, bilirsiniz ki, Türkiyədə trikotaj sənayesi əla inkişaf edib, köynəkdən tutmuş ayaqqabıyaqədər hər şey ala bilərsiniz, əsas odur ki, ölçüsünü bilin yetər.
Əziz həmkarlar üçün
Onlar üçün kiçik maqnitlər hədiyyə aparmağa ehtiyac yoxdur. Əgər maliyyə imkan vermirsə, o zaman açıqca sadə həll yoludur. Ofis əməkdaşları üçün İstanbulda, Taksim rayonunda hər cür hədiyyə - ənənəvi və mənalı şəkillər tapmaq olar. Hə bir də lokumlar, onun da ən yaxşısını hardan almaq olar? - burada yaşmışıq.
Ata və baba üçün
Ata və babaya nə isə xüsusi bir hədiyyə lazımdır. Bizə elə gəlir ki, kududan hazırlanmış, altlığı, lüləyi, qapağı metaldan olan səhəng və lampaları onlar bəyənəcəklər.
Əslinə tam uyğun olan bu lampalar çox aktualdır. Əlbəttə bunlar hər addımda satılmır. Lakin diqqətli olsanız, onları tapa bilərsiniz. Bir də yaşlı insanlar üçün yundan və ya pambıqdan əla şarflar, jiletlər var, bir az vaxt ayırıb ala bilərsiniz.
Şirniyyat xoşlayan balacalar üçün
Türk şirniyyatlarına gəlincə, yaxşı olar ki, təbii şirniyyatları alasınız. Məsələn, “Tugba” şirkəti fındıq, püstə, qoz, ərik qurusu, əncirdən bu cür məhsullar hazırlayır.
Yaxşı olardı ki, siz təbii şirə ilə hazırlanmış rahatlokum tapasınız. Lakin Türkiyədə şirniyyatların çoxuna əlavələr edilir. Deyirlər ki, avropalılar hələ də “Turkish delights” hazırlamağı öyrənməyiblər. Türkiyədən kənarda dadına baxdığımız isə sadəcə, rahatluquma bənzədilən şirniyyatdır. Əgər günəbaxan tumundan halva yeməyə öyrəşmişiksə, Türkiyədə o, küncütdən hazırlanır, ona görə də dadı tamam başqa olacaq.
Halvaya püstə, quru meyvə parçaları, şokolad da əlavə edilir. Qablaşdırılmış 4-7 dollara almaq olar. Hə bir də şirinlik var, xəmirdən hazırlanır və bala batırılır. Üstü isə müxtəlif qoz-fındıqlarla bəzədilib. 9-13 dollara almağı təklif edirlər.
Dəblə geyinən rəfiqələr üçün
Adətən rəfiqələr Türkiyədən üzün dərisinə qulluq vasitələri, kremlər, maskalar gözləyirlər. Bunlardan orada boldur. Təbii dəniz çəhrayı duzu, yaxud “Farmasi” kremlərindən almaq olar. Yeri gəlmişkən, bu şirkətin dodaq boyaları da bəyəniləndir.
Həmişə gəzməkdə!
AviaTravel