23 Avqust 2022, 11:55

İlk elektrik təyyarəsinin ilk uçuşu baş tutdu

İlk elektrik təyyarəsinin ilk uçuşu baş tutdu

Harbour Air, De Havilland Beaver kommersiya elektrik təyyarəsindən istifadə edərək lk uçuşu ilə əhəmiyyətli bir addım atdı. “De Havilland Beaver” Kanadanın materik hissəsindən Vankuver adasına tam elektrik güc aqreqatı ilə uçdu. 

Harbour Air, Şimali Amerikada dəniz təyyarələrini idarə edən ən böyük aviaşirkətdir. O, 30.000 kommersiya uçuşu ilə hər il təxminən yarım milyon sərnişin daşıdığını iddia edir. 2019-cu ildə o, dünyanın ilk tam elektrik hava yolu şirkəti olmağı vəd etdi. Bu baxış mövcud altı nəfərlik hidrotəyyarələr parkının elektrik mühərriki ilə modernləşdirilməsini nəzərdə tutur.

Harbour Air-in vitse-prezidenti Corey Paul, "Bu tarixi uçuşun tam olaraq planlaşdırıldığı kimi getdiyini bildirməkdən məmnunam. Komandamız, eləcə də magniX komandası və Transport Canada hər zaman təyyarənin performansını diqqətlə izləyir və bugünkü uçuş yaratdığımız modelin təhlükəsizliyini və etibarlılığını bir daha sübut etdi”, - deyib.