Lufthansa: Uçuşların ləğvi gələn ilə qədər davam edəcək

Lufthansa: Uçuşların ləğvi gələn ilə qədər davam edəcək

Alman hava yolu şirkəti Lufthansa, işçi çatışmazlığı səbəbiylə uçuşların ləğvinin gələn ilə qədər davam edəcəyini açıqladı.

Aviaşirkətdən verilən məlumata görə, sərnişinlərə təhlükəsiz uçuş cədvəli təqdim etmək üçün 30 oktyabr 2022-ci il - 26 mart 2023-cü il tarixləri arasında qış uçuş cədvəlində uçuşlar ləğv ediləcək.

Uçuşların ləğvi ilk növbədə Almaniya və Avropa daxilində Lufthansa reyslərinə şamil ediləcək. Avqustun 17-dən etibarən uçuşların ləğvi aviaşirkətin bron sistemi vasitəsilə elan edilib.