"Pegasus" Bakıdan Türkiyəyə yeni resylər açır - BİLETİN QİYMƏTİ

Uçuşlar həftədə 4 dəfə olmaqla Sabina Gökçen hava limanına ediləcək.

Sentyabrın 3-dən etibarən Pegasus Airlines Bakıdan İstanbula uçacaq. Uçuşlar həftədə 4 dəfə olmaqla Sabina Gökçen hava limanına ediləcək. Bloger Azər İsmayılın sözlərinə görə, Bakıdan çıxış 04:05-də olduğu üçün əksər tranzit reyslərə çatmaq mümkün görünür, bu çox əladır.

Hazırda flypgs.com saytında bir tərəfə aviabiletin qiyməti isə 106 avrodan başlayır və bu qiymətə əl yükü də daxildir.

Qeyd edək ki, dünən Türkiyə mətbuatında Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında mülki və yük daşımaları haqqında yüni əməkdaşlıq müqavilələrinin bağlandığı haqqında məlumat yayılıb.