18 Avqust 2022, 13:04

Bakıda aviareyslərin təhlükəsizliyi müzakirə olunub

Bakıda aviareyslərin təhlükəsizliyi müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib. İclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.
 
İclasda mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələlər müzakirə edilmiş, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edilib.
 
Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.
AZAL-ın bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.