İstanbul Hava Limanı böyük məbləğdə gəlir açıqladı

İstanbul Hava Limanı böyük məbləğdə gəlir açıqladı

Nazir Karaismailoğlu, 29 oktyabr 2019-cu ildə açılışı olan İstanbul Hava Limanının iqtisadi önəmi ilə bağlı Twitter hesabında infoqrafika paylaşıb. 10,25 milyard avro sərmayə ilə İstanbul Hava Limanının "dövlət büdcəsindən heç bir pul çıxmadan" inşa edildiyinə diqqət çəkən Karaismailoğlu,

"Alınacaq ümumi kirayə haqqı 26 milyard avrodur. O vaxtdan bəri iqtisadiyyata verdiyi töhfə 80,7 milyard avrodur. Sıfır xərclə Türkiyə üçün cəmi cəmi 117 milyard avro qazanc" qiymətləndirməsini etdi.

Karaismailoğlunun açıqladığı infoqrafikaya görə, İstanbul Hava Limanı milli gəlirə 23,75 milyard avro, istehsala 51,3 milyard avro, ixraca 4,2 milyard avro, vergilərə 1,23 milyard avro töhfə verib, məşğulluğa təsiri 972 min olub.

İstanbul Hava Limanı ilə ümumilikdə 246,4 milyon avro olmaqla, vaxt baxımından 84,3 milyon avro, yanacaqdan 56,5 milyon avro, ətraf mühitdən 7,8 milyon avro və digər xərclərdən 97,8 milyon avroya qənaət edildi.